Alı Alıyev səyyar qəbul keçirib

ali-aliyev-seyyar-qebul-kecirib
Oxunma sayı: 1689

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Əhmədbəyli kəndində səyyar qəbul keçirib. 

“Qafqazinfo” xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

A. Alıyev çıxış edərək bildirib ki, bu cür görüşlər ölkə başçısının tapşırığı ilə mütamadi keçirilir. 3119 nəfər əhalinin yaşadığı Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yaşayan sakinlərin işıq, su, qaz, yol ilə bağlı sosial qayğılarının tam həll olunduğunu deyən icra başçısı əhalinin məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə etdiyini vurğulayıb. 

Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə aid olan Mahmudlu-2 və Qarabağ kəndləri üzrə 2744 nəfər məcburi köçkünə dövlət tərəfindən hər ay 109.760 manat vahid aylıq müavinət ödənilir.  

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. 

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.