Ali Məhkəmə Trampın qərarını ləğv etdi - 800 min nəfər təhlükədən qurtuldu

ali-mehkeme-trampin-qerarini-legv-etdi
Oxunma sayı: 1987

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın DACA adlı layihənin dayandırılması barədə verdiyi qərarı ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar ləğv edilməsəydi 5 martda qüvvəyə minəcəkdi.

Qeyd edək ki, DACA layihəsi ABŞ-a gələn 800 minə yaxın qaçqına qanuni status vermişdi. Bu layihə 2012-ci ildə sabiq prezident Barak Obama tərəfindən yaradılıb.