Ali Məhkəmənin plenumu başladı

ali-mehkemenin-plenumu-basladi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumun gündəliyini elan edib.

R.Rzayev bildirib ki, 2012-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb.

Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin maddi təminatı yaxşılaşdırılmış, maddi–texniki baza möhkəmləndirilib.

Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti və əvvəlki illərlə müqayisədə 2012-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2012-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib.

Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.