Ali məktəb Microsoftla anlaşdı

ali-mekteb-microsoftla-anlasdi-
Oxunma sayı: 677


“Qafqazinfo” xəbər verir ki, “Anlaşma Memorandumu”nda BANM-də “Microsoft İT Akademiyası”nın yaradılmasına yardım, tələbə və müəllimlər arasında “Microsoft Dreamspark” proqramının faydaları barədə məlumatların yayılmasına dəstək, tələbə və müəllimlərin “Microsoft Office 365” proqramından istifadəsinin əlaqələndirilməsi və idarə edilməsinə yardım və eləcə də tələbə və müəllimlər arasında lisenziyalaşdırılmış proqramlardan istifadə edilməsinin təşviqinə şərait yaradılması nəzərdə tutulub.

Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov çıxışında bildirib ki, müasir dünyanı informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bununla yanaşı E. Qasımov Azərbaycan Respublikası Prezidentinin İnformasiya Texnologiyaları İnstitutunun yaradılması haqqında sərəncam imzaladığını da bildirib.
Tədbirdə çıxış edən “Microsoft Azərbaycan ” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov isə müasir dünyada informasiya texnologiyalarının tədqiqatı, tədrisdə istifadəsi və tələbələrin onlayn əməkdaşlıq mühitinin inkişaf etdirilməsi labüd hesab etdiyini söyləyib.