Ali Neft Məktəbi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

ali-neft-mektebi-ile-gence-dovlet-universiteti-arasinda-emekdasliq-muqavilesi-imzalandi
Oxunma sayı: 963




Xarici universitetlərlə bərabər yerli universitetlərlə də əməkdaşlığın vacibliyini qeyd edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycanda ali təhsil sektorunun inkişafina təsir edəcək əsas amillərdən biri də universitetlərin bir –biri ilə əməkdaşlıq etməsi və əldə etdikləri bilik və təcrübələrin paylaşmalarından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu təhsil islahatlarından bəhs edən rektor qeyd etmişdir ki, universitetlər də bu istiqamətdə aparılan işlərdə bir –birinə dəstək olmalıdır.

Bakı Ali Neft Məktəbinin qısa zaman çərçivəsində qazandığı uğurları yüksək qiymətləndirdiyini qeyd edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bildirmişdir ki, Bakı Ali Neft Məktəbinin təcrübələrində yararlanmaq onlar üçün olduqca əhəmiyyətlidir.