Ali Radanın deputatı Nadejda Savçenko saxlanıldı - Dövlət çevrilişinə görə

ali-radanin-deputati-nadejda-savcenko-saxlanildi
Oxunma sayı: 2117

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko saxlanılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, Savçenko dövlət çevrilişinə hazırlıqda şübhəli bilinir. O, parlamentdə deputatlıq toxunulmazlığı ləğv edildikdən bir neçə dəqiqə sonra saxlanılıb.

Ukrayna Ali Radasının reqlament və işin təşkili üzrə komitəsi deputat Nadejda Savçenkonun həbsini qanuni hesab edib.

Baş prokuror Yuriy Luçenko deputatlara müraciətində bildirib ki, Savçenko Kiyevin mərkəzində terror aktı törətməklə hakimiyyət çevrilişinə cəhddə günahlandırılır. Onun şəhərin mərkəzini minaatanlarla bombalamağı, prezidentin kortecini iriçaplı silahlarla atəşə tutmağı və Ali Radanın sessiyasına əl qumbarası atmağı planlaşdırılığı qeyd edilib.

Savçenko isə çıxışında “Ölkənin hazırki vəziyyətindən çıxış yolu var. Sadə və qanuni yol-bu siyasi sistemin dəyişdirlməsidir”,-deyə bildirib.

 Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunan Savçenko 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv edilib. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.