“Ali rəhbərliyin tapşırığı ilə çağırılan adamdan pul almaq olar?”

ali-rehberliyin-tapsirigi-ile-cagirilan-adamdan-pul-almaq-olar
Oxunma sayı: 3146

Bakı Apellyasiya Məhkəməsində MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə zərərçəkən Maqsud Mahmudov ondan alındığını iddia etdiyi 120 min manatın qaytarılmasını tələb edib.

E.Quliyev isə bildirib ki, M.Mahmudov 4 dəfə cinayət məsuliyyətinə cəlb edilib: “Bu adam rusi xəstə kimi qeydiyyatdadır. Ona görə də hər cinayətində sərbəst buraxılır. Həbsxanada olanda iki dəfə bağırsağında telefon keçirərkən tutulub. Bunu da Penitensiar Xidmətdən öyrənə bilərsiz. Prokurorluğa sorğu verin, görün neçə işdə zərərçəkmiş kimi tanınıb. Yalandan hamıya şər atır. Biz bunu MTN-ə ona görə çağırdıq ki, Ukraynadakı “Maydan” hərəkatı zamanı müxalifətlə birgə bayraq qaldırmışdı. Onun araşdırılması üçün rəhbərliyin tapşırığı var idi ki, xarici xüsusi xidmət orqanları ilə əlaqəsi olub-olmadığı müəyyən edilsin. Ali rəhbərliyin tapşırığı ilə çağırılan adamdan pul almaq olar?”

Proses martın 30-da davam etdiriləcək.

Murad Əhməd