Ali və orta məktəblər vaxından əvvəl bağlanacaq

ali-ve-orta-mektebler-vaxindan-evvel-baglanacaq-
Oxunma sayı: 661

Qeyd edək ki, hələ dərs ilinin əvvəlində mötəbər yarışma ilə əlaqədar ali təhsil müəssilərində, orta məktəblərdə tələbə və şagidrlərin 2012-ci il mayın 10-dək evə buraxılacağı barədə söz-söhbətlər gəzirdi. Bu informasiya həmin vaxt təsdiqini tapmasa da, ali təhsil müəssilərində müəllim və tələbələr mayın 10-dək dərslərin başa çatacağı barədə yenidən danışmağa başlayıblar.
Artıq ali məktəblərdə tədris planının sıxışdırlmasına da başlanıb. Bildirilir ki, aprelin ikinci ongünlüyündə ali məktəblərdə tələbələrin zaçot-imtahanları başlayacaq.

Bu onunla əsaslandırılır ki, “Eurovision-2012”yə hazırlaşan Azərbaycan hökuməti müsabiqə ərəfəsində Bakıda sıxlığı aradan qaldırmaq niyyətindədir.

Modern.az məlumatın dəqiqliyini öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin Ali və orta ixtisas şöbəsinin müdir müavini Zinyət Abdullayeva Modern.az saytına açıqlamasında bu barədə hələ rəsmi bir qərarın olmadığını deyib.

O, belə bir addımın gerçəkləşib-gerçəkləşməyəcəyi barədə də əməkdaşımızın sualına eyni cavab verib: “Bu barədə hələ rəsmi qərar yoxdur. Bundan başqa heç nə deyə bilmərəm”.

43 ölkənin qatılacağı "Eurovision 2012"nin yarımfinalları may ayının 22-si və 24-də, finalı 26-da keçiriləcək.