“Alibaba”nın təsisçisi Azərbaycana gələ bilər

“Alibaba”nın təsisçisi Azərbaycana gələ bilər
Oxunma sayı: 1372

“Alibaba Group” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Ma bu il 5-8 dekabr tarixlərində keçiriləcək “BakuTel” beynəlxalq sərgisinə gələ bilər.

"Qafqazinfo" xəbər verir ki, Trend bu barədə ölkənin IT bazarındakı mənbəyə istinadən məlumat verir.

Məlumata görə, bu barədə ilkin razılaşma bu ilin aprelində Cenevrədə keçirilmiş BMT ticarət və inkişaf konfransı zamanı əldə olunmuşdu.

Cek Manın Azərbaycana gözlənilən səfəri tanışlıq xarakteri daşıyacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi