Alim Qasımovla qızı Gəncə Filarmoniyasının səhnəsində - Fotolar

Alim Qasımovla qızı Gəncə Filarmoniyasının səhnəsində
Oxunma sayı: 1028

Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert veriblər.

“Qafqazinfo” xəbər verir ki, konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və muğamsevərlər iştirak ediblər. Alim və Fərqanə Qasımovlar ifa etdikləri muğam parçaları, təsnif, segah və rənglər ilə konsert proqramını əsl musiqi ziyafətinə çeviriblər. Xanəndələrin səsləndirdikləri xalq və bəstəkar mahnıları alqışlarla müşayiət olunub.

Qeyd edək ki, bu, Qasımovların Gəncə tamaşaçıları qarşısında ilk çıxışları olmasa da, Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində ilk konsertləridir.

Alim Qasımovla qızı Gəncədən əvvəl Çinin paytaxtı Pekində və Türkiyənin paytaxtı Ankarada konsert veriblər.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi