Aliment ödməyənləri 3 il həbs gözləyir

aliment-odmeyenleri-3-il-hebs-gozleyir
Oxunma sayı: 642

“Media forum” saytı xəbər verir ki, dəyişikliyə əsasən, alimentlərlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək üçün 176-cı maddə Cinayət Məcəlləsindən çıxarılıb.

Məcəllənin bu maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti - 6 ayadək həbsi nəzərdə tuturdu. Milli Məclis hesab edib ki, bu, azdır.

Dəyişikliyə əsasən, bundan sonra belə məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq ediləcək və alimentlərlə bağlı məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilədək azadlıqdan məhrum ediləcək.