“Alınmasa da, həyat davam edir” - Məmmədyarov

“Alınmasa da, həyat davam edir”
Oxunma sayı: 12

“Əlbəttə, ötənilki nəticəni təkrarlamaq istərdim və bunun üçün əlimdən gələni edəcəyəm”. “Qafqazinfo”xəbər verir ki, bu fikirləri "Shamkir Chess"superturnirinin son qalibi Şəhriyar Məmmədyarov budəfəki yarışın açılış mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.

Hazırda azarkeşləri, eləcə də medianı maraqlandıran bir sual var - Məmmədyarov ötənilki uğurunu təkrarlaya biləcəkmi? Şəhriyarı dinləyək: "Alınsa, çox sevinərəm, alınmasa da, həyat davam edir. Ötənilki nəticəni təkrarlamaq üçün bütün gücümü səfərbər edəcəyəm".

Şəmkirədki ənənəvi turnirdə digər həmyerlimiz, favoritlərdən sayılan Teymur Rəcəbova da iştirak edir. Ötən il turnirdə Şəhriyar qalib gəldisə, bu dəfə növbə Teymurun olmalıdı. Rəcəbov bunun üçün əlindən gələn hər şeyi edəcəyini söyləyib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi