Alış-verişdə evlilik haqda sualı cavabladı - Fotolar

alis-verisde-evlilik-haqda-suali-cavabladi
Oxunma sayı: 1569

“30 yaşım var, bundan sonra kimləsə eyni evdə yaşasam, yəqin ki, evlənərəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri məşhur türkiyəli aktrisa Selin Şekerci jurnalistlərin suallarını cavablandıran zaman deyib. Yeni köçəcəyi ev üçün alış-verişə çıxan aktrisa sevgilisi Caner Cindorukla ayrılıq xəbərlərinə də münasibət bildirib:

“Yeni evə köçməyimin səbəbi ayrılıq deyil. Hər şeyi səhv anlayırlar. Çox gözəl bir münasibətimiz var. Şəkilləri də şərhlərə görə sildik. Hazırda tək işim evi dəyişməkdir. Uzun müddət bir evdə qala bilmədiyim üçün hər il evimi dəyişirəm”.