Alişan aparıcının bacısıyla sevgilidir - Fotolar

alisan-aparicinin-bacisiyla-sevgilidir
Oxunma sayı: 636

Türkiyəli məşhur müğənni Alişan özünə sevgili tapıb. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi məşhur teleaparıcı Esra Erolun bacısı Eda Erolla münasibətə başlayıb. 

Cütlük ötən axşam Galatasaray-Fenerbahçe matçını izləyib. Alişan o gecədən sonra fotolarınıı sosial şəbəkədə paylaşıb. İfaçı Eda Erolun üzünü gizlətməyə çalışıb, əllərini paylaşıb. 

Alişan mövzu ilə bağlı açıqlama yayıb: “Nə deyim? Heç nə gizli qalmır”. 

Esra Erol isə “Xəbər doğrudur” deyərək xəbəri təsdiqləyib.