Alişan Demetlə barışdı, Ece ondan küsdü

alisan-demetle-barisdi-ece-ondan-kusdu
Oxunma sayı: 1512

Türkiyəli sənətçilər Demet Akalınla Alişanın 6 illik küsülülüyü bitdikdən sonra şou-biznesdə yeni qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, Alişanla ailəvi dost olan aparıcı Ece Erken bu barışıqdan sonra müğənnini instaqramda izləməməyə başlayıb.

O, sosial şəbəkədəki paylaşımında ad çəkmədən Alişanı sərt şəkildə tənqid edib: “Ortada şərəf, namus varsa və üzr yoxdursa, kimsə məndən “Nə yaxşı, barışıblar” kəliməsini gözləməsin. Mən məhkəməlik olduğum üçün deyil, hər şeyi bildiyim üçün incimişəm. Onsuz da bu barışığın baş tutacağını bundan həftələr öncə söyləmişdim. İnsan olmaq qəpik ilə deyil, mövqe ilə ölçülür”.

Aparıcının bu paylaşımından sonra Alişan və xanımı Buse Varol da onu instaqramda izləmir.