Alışanovun vəkili ittihamlara cavab verdi

Alışanovun vəkili ittihamlara cavab verdi
Oxunma sayı: 1969

AzTV rəhbəri Arif Alışanovun vəkili Zaur Abasov müvəkkili haqda məhkəmədə səsləndirilən ittihamlarla bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, vəkil unikal.org-a açıqlamasında bildirib ki, müttəhim Şücayət Əkbərovun müvəkkilinin ünvanına səsləndirdikləri "fikirlərin” heç bir əsası yoxdur: "Şücayət Əkbərov bu gün məhkəmə prosesində AzTV sədrinin ünvanına bəzi fikirlər səsləndirib. O, bu ifadəni ilkin istintaqda da vermişdi. Şücayət Əkbərovun ifadəsi dərhal istintaq işini aparan müstəntiq tərəfindən araşdırılmış və heç bir nəticə ortaya çıxmamışdı. Bu səbəbdən də, o, gülünc vəziyyətə düşdü. Belə açıqlamar verməklə Arif Alişanova şər və böhtan atır. Onun bu cür ifadə verməsinin əsas səbəbi hazırda məhkəmə qarşısında olmasıdır. O, bu yalanlarını proses boyu davam etdirə bilər. Amma bir daha bəyan edirik ki, Şücayət Əkbərov və digərlərinin Arif Alişanov haqqında dediklərinin heç bir əsası yoxdur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi