Aliyə Qarayeva çempion oldu

aliye-qarayeva-cempion-oldu
Oxunma sayı: 939

Növbəti ölkə çempionatında milli komandanın lideri proqramın ayrı-ayrı növlərində və çoxnövçülükdə qalib gəlib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Gimnastika Federasiyasının (AFF) mətbuat xidmətindən məlumat verilib. Onun lentlə hərəkətlərdə kiçik səhvi belə, ilk üçlüyü və ümumi mənzərəni dəyişməyib. Böyüklər arasında keçirilən turnirdə ikinci və üçüncü yeri, müvafiq olaraq, ilk dəfə Lalə Yusifova və Ayşə Mustafayeva tutublar.

Yarışın yekununda beşqat ölkə çempionu olan Aliyə Qarayeva bildirib: "Növbəti dəfə Azərbaycan çempionu olduğuma görə çox şadam. Çempionatın təşkil edilmə səviyyəsi, AGF-nin keçirdiyi bütün yarışlarda olduğu kimi, yüksək səviyyədə idi. Qarşıda məni London Olimpiya Oyunları gözləyir. Orada mənim əsas rəqiblərim, rusiyalı idmançılardan başqa, Belarus, Bolqarıstan və Ukrayna gimnastları olacaq. Bilirəm ki, bütün Azərbaycan mənə azarkeşlik edəcək və ümid edirəm ki, layiqincə çıxış edəcəyəm".