“All Star”ın daha 3 üzvü məlum oldu - Foto

all-starin-daha-3-uzvu-melum-oldu
Oxunma sayı: 2413

“Survivor Türkiyə” yarışmasının növbəti mövsümündə məşhurlardan ibarət “All Star” komandasına qatılacaq daha 3 nəfər məlum olub.

“Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı və TV8-in sahibi Acun Ilıcalı sosial mediada Hilmi Cem İntəpə, Adəm Kılıççı və Hakan Hatipoğlunun da yarışmada olacağını açıqlayıb.

Qeyd edək ki, daha öncə Səma Aydəmir, Mərvə Aydın, Nagihan Qaradərə və Turabi Çamkıranın “All Star” komandasında yarışacağı dəqiqləşmişdi.

İğdırdan İstanbula yarış üçün piyada gedən Cumali Akgülün isə “Könüllülər” komandasında olacağı bir neçə həftə öncə açıqlanmışdı.

Yarışma gələn ilin fevralında başlayacaq.