Alla 47 min təqaüd alır - Xalq qəzəbləndi

alla-47-min-teqaud-alir
Oxunma sayı: 2636

Rusiyanın xalq artisti Alla Puqaçovanın digər fəxri ad alan məşhurlardan daha çox təqaüd alması müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, “Primadonna”ya 47 min rubl (1217 AZN) verilməsi həm vətəndaşları, həm də incəsənət nümayəndələrini narahat etməyə başlayıb. 

Adi vətəndaşların 14-17, fəxri adı olan sənətçilərin 30 min rubl aldığı halda, Allanın Pensiya Fondundan daha çox maliyyə alması birmənalı qarşılanmayıb. İctimaiyyət ona xüsusi jest edilməsinə qəzəblənib. 

Maliyyə skandalına xalq artistinin əri Maksim Qalkin də münasibət bildirib. O, müğənninin 10 il əvvəl 2 min rubl aldığını, hazırda situasiyanın dəyişdiyini bildirib. Maksim Allanın 47 min rubl aldığını təsdiqləyib.