Alla Kuşnirin iştirakıyla Bakıda “Şərq gecəsi” keçiriləcək

alla-kusnirin-istirakiyla-bakida-serq-gecesi-kecirilecek-
Oxunma sayı: 2123



Ukraynalı məşhur rəqqasə "Şərq gecəsi" adlı konsertdə tamaşaçıların ağlını başdan çıxaracaq bir çox fərqli rəqslər nümayiş etdirəcək. Gecənin sürprizi isə onun qavalla rəqs etməsi olacaq. Şounun aparıcısı və təşkilatçısı teleməkanın ən cazibədar teleaparıcısı olan Zemfira Adıgözəlovadır. Onun sözlərinə görə, konsertə hazırlıq artıq bir neçə aydır davam edir və mərasim sadəcə rəqslərdən ibarət olacaq.

“Konsertin açılışını "Rövşən" ritm qrupu edəcək. Beləcə, qonaqlar məkana daxil olan kimi şərq ab-havasını hiss edəcəklər. Gecədə Moskvadan və Ərəbistandan gələn rəqqasələr də qonaqları heyran edəcək." – deyə, tədbirin təşkilatçısı sözlərinə əlavə edib.

Avqustun 8-i saat 21:00-da baş tutacaq gecəyə biletləri "Jumeirah Bilgah Beach", Park Bulvardan əldə edə bilərsiniz.