“Allah rizası üçün kiməsə ərə getməliyəm də…” - Əməkdar artist

allah-rizasi-ucun-kimese-ere-getmeliyem-de
Oxunma sayı: 673

Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşının ünvanına təriflər yağdırıb.  "Qafqazinfo" xəbər verir ki, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xanəndə bildirib ki, həyat yoldaşı ona dəstəkdir: 

“Yoldaşım mənim ağlıma bələddir. Məsləhətli iş görən adamam. Mən sevib ailə qurmamışam. Həyatımda romantika da olmayıb. Həyat yoldaşımgil elçi gələndə dedim ki, Allah rizası üçün kiməsə ərə getməliyəm də. İndiyə qədər də heç bir oğlan deyə bilməz ki, yanından keçib sənə söz atmışıq. Bu, heç vaxt mümkün deyil. Gündə bir oğlanla gəzsəydim, Allah belə həyat yoldaşını qabağıma çıxarmazdı. Dünyanın milyardını qarşıma düzsələr, həyat yoldaşımın çölə atılan dırnağına dəyişmərəm”.
 
Onu da əlavə edək ki, Elxan adlı bəylə ailə quran E.Abdullayevanın həmin evlilikdən bir qızı və bir oğlu var.