“Allaha dua edərək səhnəyə çıxdım”- Lalə Məmmədova

allaha-dua-ederek-sehneye-cixdim-lale-memmedova
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, ifaçının 20 illik səhnə fəaliyyətinə həsr olunan 3 günlük hesabat konserti Mahnı Teatrında baş tutub. Lalə Məmmədovanın “Sən mənim ürəyimdəsən” musiqi axşamında əməkdar artist Teymur Əmrah, müğənnilər Zamiq Hüseynov və Vaqif Şıxəliyev də iştir ediblər.

Kulis arxasında jurnalistlərin suallarını cavablandıran Lalə Məmmədova bildirib ki, 3 günlük konsertində canlı oxuyub: “Konsertimin 3-cü günündə Allaha dua edərək səhnəyə çıxdım. Çünki düşünürdüm ki, 2 gün canlı oxumuşam, üçüncü gün artıq bacarmaram. Amma şükür Allaha ki, sonucu gün də necə lazımdır canlı oxdum və konserti başa vurdum. Konsertə gələn, məni sevən və dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm”.

Aynur B.