Allahı söyən dostunu öldürdü, bəraət aldı

allahi-soyen-dostunu-oldurdu-beraet-aldi
Oxunma sayı: 4815

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən keçmiş məhkum 31 yaşlı Vüqar Həsənova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Vüqar Həsənovun qətli özünümüdafiə məqsədilə törətdiyi qanaətinə gəlinib və ona bu maddə üzrə  bəraət hökmü verilib.

V.Həsənov qanunsuz silah saxlama maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıq məhrum edilib. Onun cəzası bu ilin iyul alında başa çatacaq. 

İttihama görə, 2017-ci il oktyabr ayında Xətai rayonunda eyni məhəllədə yaşayan V.Həsənov dostu Elşən Məmmədovla mübahisə edib.

Belə ki, hadisə günü E.Məmmədovun azyaşlı oğlu xərçəng xəstəliyindən vəfat edib. O da buna görə Allahı, peyğəmbəri günahkar bilərək onlara üsyan edib.  Dostu Vüqar isə buna etiraz edib və mübahisə də buna görə başlayıb. Bir-birini söyərək təhqir edən dostlar sonra bıçağa əl atıblar. Onlar bir-birini bıçaqlayıblar, E.Məmmədov hadisə yerində ölüb, V.Həsənov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.

Murad Əhməd