Allahşükür Paşazadə Şahzadə ilə görüşüb - - Foto

allahsukur-pasazade-sahzade-ile-gorusub-
Oxunma sayı: 1274


“Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, bütün Qafqazın Şeyxi Misir, Suriya, Tunis və qarışıqlıq yaşayan digər ölkələrdə gedən proseslərdən, bəzi ölkələrdə artıq vəziyyətin nəzarətdən çıxdığından narahatlıq keçirdiyini və qardaş qırğınlarının qarşısını yalnız birlikdə almağın mümkün olduğunu bildirib. İslamın qardaşlıq və əməkdaşlıq, dinclik və əminamanlıq dini olduğunu vurğulayan Hacı Allahşükür Paşazadə bu istiqamətdə Azərbaycanda görülən işlərin uğurlu nəticəsini misal çəkib.

Azərbaycanda gedən prosesləri həssaslıqla izlədiyini deyən Şahzadə Qazi Bin Məhəmməd bu uğurlara sevindiyini qeyd edib. İordaniya Haşimilər Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və buna görə də xüsusi məmnunluq hissi keçirdiyini söyləyib. 

İordaniyada bu gün hökm sürən sabitliyin səbəbləri barədə danışan Şahzadə bunun aparılan islahatların nəticəsi olduğunu qeyd etməklə yanaşı, proseslərin daim nəzarət altında olduğunu, yarana biləcək istənilən problemin həlli üçün hakimiyyətin bütün imkanlara malik olduğunu deyib. Bütün Qafqazın Şeyxinin də qatıldığı mötəbər Konfransın İslam Aləmi üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Şahzadə Qazi bin Məhəmməd Azərbaycana və İordaniyaya, onların simasında bütün müsəlman dünyasına nailiyyətlər arzulayıb.