“Allı-güllü köynəkdə efirə çıxmaram”

alli-gullu-koynekde-efire-cixmaram
Oxunma sayı: 2692

"Allı-güllü köynəkdə heç vaxt efirə çıxmaram. Əksər hallarda efirə, el şənliklərinə kostyum geyinmişəm. Deyilənə görə də yaraşıb".

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov yeni fotosessiyasını təqdim edərkən deyib.  O bildirib ki, efirə hər geyimi geyinmək olmaz:

“Bundan sonra bütün kostyumlarımı Sultan Qədimbəyli hazırlayacaq. Çox vaxt da ciddi geyimlərə üstünlük verməyimin səbəbi odur ki, artıq çəkidə olanda pencək çəkilərimi gizlədirdi. 

Həmin dövrləri keçdim, artıq 5 aydır ki, idmana başlamışam, istədiyim geyimləri geyinə bilirəm. Amma allı-güllü köynəkdən başqa. Bir də tam cırıq cins şalvarda da efirə çıxmaram”.