Alman deputatlardan Azərbaycana dəstək

alman-deputatlardan-azerbaycana-destek-
Oxunma sayı: 647

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məluata görə, deputatlar qeyd ediblər ki, Human Rights Watch və Rusiyanın insan hüquqları mərkəzi olan Memorial təşkilatları bunu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda o vaxtkı müharibədə ən böyük qətliam adlandırmışlar. Arasında xeyli sayda müharibə qaçqınları, xəstələr, qocalar, qadınlar və uşaqların da yer aldığı 600-dən artıq azərbaycanlı müsəlman mülki əhali erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmişlər.

Katrin Verner: “Xocalı qətliamı Ermənistan və Azərbaycan arasında uzun sürən münaqişələr tarixində kədərli və qəddar bir pik nöqtəsini təşkil edir. Qətliamın qurbanları, onların ailə üzvləri və varislərinin ağrısını bölüşürəm. Dinc mülki əhalinin kütləvi öldürülməsi üçün heç bir bəraət ola bilməz. Ermənistan müharibə zamanı humanitar müharibə hüququnu kobud şəkildə pozmuş və bununla da ağır müharibə cinayəti törətmişdir. Bu qətliam inkar edilə və ya başqa cür qiymətləndirilə bilməz. Bu bir tarixi faktdır. Yalnız günahın qəbul edilməsi ilə yaralar sağaldıla və barışığa nail oluna bilər”.

Annette Qrot: “Cinayəti təkcə adı ilə adlandırmaq kifayət etmir. Bundan nəticələr çıxarmaq lazımdır ki, belə hadisələr bir də baş verməsin. Qurbanlar müdafiə olunmalı və cinayətkarlar cəzalandırılmalıdırlar. O zamankı milis dəstələrinin hələ də cəzasıslıq şəraitində ictimaiyyət arasında Xocalıda xeyli sayda azərbaycanlı müsəlmanları qətlə yetirməklə fəxr etməsi insanı alçaldan həyasızlıqdır. Almaniya cinayət məcəlləsinin 189-cu maddəsində kütləvi cinayət qurbanlarının xatirəsinə hörmətsizliyin qadağan olunması yaxşı haldır. Cinayətin inkar edilməsi özü cinayətin bir hissəsidir və cəzasız qala bilməz”.