Alman dili öyrədənin 62 min avrosu oğurlanıb

alman-dili-oyredenin-62-min-avrosu-ogurlanib
Oxunma sayı: 1115

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqdirləndirilən Fuad Zeynalovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası baş tutub.Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Qədir Əliyev bildirib ki, evindən oğurluq edən Fuad Zeynalov baldızının kürəkənidir. O deyib ki,  10 ildən artıqdır Almaniyada yaşayıb və orada alman dili müəllimi işləyib. 

Onun evindən oğurlanan pulun 11 min 800 manatı qaytarılıb.

Proses martın 14-də davam etdiriləcək. 

Qeyd edək ki, 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.

Murad Əhməd