Alman kəşfiyyatı Ağ Evi dinləyib - Spiegel

alman-kesfiyyati-ag-evi-dinleyib
Oxunma sayı: 643

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) 8 il ABŞ dövlət müəssisələrində casusluq edərək kəşfiyyat məlumatı toplayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə „Der Spiegel” nəşri məlumat yayıb.

Jurnal qeyd edir ki, 1998-cü ildən 2006-ci ilədək olan dövrdə alman xüsusi xidmət orqanları Ağ Ev, Lockheed Martin şirkəti, Human Rights Watch təşkilatı, NASA və həmçinin hərbi qurumlar olan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi və ABŞ-ın dəniz piyada Korpusunu izləyib.

BND-nin Vaşinqtonda olan beynəlxalq təşkilatlar və xarici diplomatik idarələrə də nəzarət etdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl kəşfiyyat xidmətinin İnterpolu və iri beynəlxalq media qurumlarını da təqib etdiyi barədə məlumatlar yayılıb.