Alman maşını “Arsenal”ı apardı

alman-masini-arsenali-apardi
Oxunma sayı: 673

“Qafqazinfo” xəbər verir ki, “Arsenal” öz meydanında “Bavariya”ya 3-1 hesabı ilə məğlub olub. Cavab oyunu üçün böyük nəticə əldə edən almanlar demək olar ki, növbəti tur məsələsini həll ediblər. Hesabı 7-ci dəqiqədə Toni Kros açıb. 21-ci dəqiqədə Tomas Müller fərqi 2 topa çatdırıb.

“Arsenal” yalnız 55-ci dəqiqədə Podolski ilə hesabı 2-1 edə bilib. Lakin “Bavariya”nın üstün oyunu yenə qolla nəticələnib. 75-ci dəqiqədə Mariyo Manzukiç komandasının 3-cü qolunu vurub. Beləliklə oyun 3-1, “Bavariya” nın qələbəsi ilə başa çatıb.

Gecənin digər oyunu isə “Porto” və “Malaqa” arasında olub. “Porto” 1-0 hesabı ilə qələbə qazansa da, bu hələ hər şey demək deyil. 56-ci dəqiqədə oyunun yeganə qolunu Jao Mautinyo vurub.

İqbal