Alman qonaq “Azərsu”da

alman-qonaq-azersuda
Oxunma sayı: 655

Səhmdar Cəmiyyətin sədri Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirərək “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirmiş və bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Bu barədə “Qafqazinfo”ya “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Nümayəndə heyətinin rəhbəri xanım Ursula Heister “Azərsu” ASC tərəfindən aparılan su təchizatı və kanalizasiya layihələrinin icrası, abonent bazasının təkmilləşdirilməsi, ön ödəmə sisteminin tərtbiqi istiqamətində görülən işləri və yeni texnologiyaların tətbiqini yüksək qiymətləndirmişdir. Tender prosedurlarının beynəlxalq standartlara uyğun keçirildiyini deyən missiya rəhbəri tezliklə Gəncə şəhərində su və kanalizasiya şəbəkələrinin inşasına başlanılacağını bildirmişdir: “Layihənin digər mərhələlərinin maliyyələşdirilməsi ilə bağlı yeni kredit müqaviləsi hazırlanır və sənəd Azərbaycan Hökumətinə təqdim ediləcək”.