Almaniya Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihəyə başladı

almaniya-azerbaycanda-mecburi-kockunlerle-bagli-yeni-layiheye-basladi
Oxunma sayı: 1673

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə GİZ-in Azərbaycan üzrə direktoru Sonia Fontaine arasında görüş keçirilib.

Görüşdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işlərdən danışılıb.

R.Rzyave GİZ-in xətti ilə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrə və onların problemlərinin həllinə göstərilən köməkliyə görə təşəkkürünü bildirib.

S.Fontaine Almaniya-Azərbaycan əlaqələrinin hazırki səviyyəsini yüksək qiymətləndirib. O, iki ölkə arasında müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirildiyinə diqqət çəkib.

Daha sonra görüşdə GİZ və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirəcəyi layihə müzakirə edilib. Layihə ilə ümumi tanışlıqdan sonra onun genişləndirilməsi imkanları müzakirə edilib.