“Almaniya bizə tutarlı izahat verməlidir”- - Davudoğlu

almaniya-bize-tutarli-izahat-vermelidir-
Oxunma sayı: 907


“Qafqazinfo”nun məlumatına görə, APA-nın “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, nazir Almaniyanın Türkiyəyə qarşı casusluq və dinləmə işləri apardığı barədə dünya mətbuatında yazılanlara iki nazirin görüşündə aydınlıq gətiriləcəyini söyləyib: “İddialar doğrudursa, ən tutarlı izahat verilməlidir”.

 Ə. Davudoğlu qeyd edib ki, Almaniyanın Türkiyədəki səfiri Eberhard Pohl bu gün nazirliyə çağırılıb, axşam isə nazirlər arasında söhbət olacaq: “Əgər bu iddialar doğru deyilsə, müvafiq addımlar atılmalı və mətbuatda yazılanlara aydınlıq gətirilməlidir. Əgər bu iddialarda az da olsa həqiqət payı varsa, Almaniya bizə ən tutarlı izahat verməlidir”.