Almaniya da "Şuşaya Azadlıq" kampaniyasına qoşulub

almaniya-da-quotsusaya-azadliqquot-kampaniyasina-qosulub
Oxunma sayı: 758


“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən AAK-nin sədri Samirə Patzer İsmayilova Şuşanın Azərbaycanın mədəniyyət incisi olduğunu və dahi incəsənət nümayəndələrinin vətəni olduğunu deyib. O Şuşa ilə bağlı alman dilində nəşr olunmuş kitabların Qarabağın Azərbaycanın qədim torpağı olmasını aydın sübutlarla əks etdirdiyini bildirib.

Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Şuşanın Azərbaycanın mədəniyyət tarixindəki rolundan danışaraq beynəlxalq birliyin işğalçı ilə işğala məruz qalan arasındakı fərqi dilə gətirməsinin və Ermənistana qarşı sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Şuşanın Azərbaycanın və dünyanın mühüm mədəniyyət beşiyi olduğunu qeyd edib. Azay Quliyev Qafqazın konservatoriyası olan Şuşadakı mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdıldığını bildirərək beynəlxalq təşkilatların bu fakta adekvat reaksiya verməsinin zəruriliyini vurğulayıb. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanın milli maraqlarının müdafiəsində keçən dövr ərzində böyük uğurların əldə edildiyini bildirən millət vəkili ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasət kursunun tezliklə nəticə verəcəyinə və Şuşanın işğaldan azad ediləcəyinə inamını ifadə edib. “Şuşaya Azadlıq” kampaniyası haqqında da toplantı iştirakçılarına məlumat verən A. Quliyev hər bir azərbaycanlını bu işə dəstək olmağa səsləyib.

Toplantıda çıxış edən Şura sədri Azay Quliyev tədqiqat işindəki məqalələrin təhlilinin Alman ictimaiyyətinin Qarabağ münaqişəsi ilə bağlı birtərəfli istiqamətdə məlumatlandırılmasını aşkarladığını bildirib. Millət vəkili Azərbaycan torpaqlarının işğala məruz qalmasının mediada obyektiv şəkildə əksini tapmamasından təəssüfünü qeyd edib. ATƏT-in Minsk qrupunun çox illik fəaliyyətinin də mediada demək olar ki, işıqlandırılmamasının onların işinə verilən qiyməti ifadə etdiyini deyib.

Professor Mariya Aux layihə çərçivəsində tədqiqatların ilin sonunadək başa çatdırılaraq kitab şəklində çap olunacağını bildirib.