Almaniya Hollandiyaya qarşı

almaniya-hollandiyaya-qarsi
Oxunma sayı: 1275

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, 4 qrupda 10 oyun keçiriləcək. 

C qrupunda Hollandiya - Almaniya görüşü böyük maraqla gözlənilir. Belarus isə səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq. Millimizin yer aldığı E qrupunda iki oyun baş tutacaq. Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcək. G qrupunun Polşa Latviyanı qəbul edəcək.

Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Qrupun digər görüşlərində Avstriya İsrailin, Makedoniya Sloveniyanın qonağı olacaq. I qrupunda ilk turda Şotlandiyanı 3:0 hesabı ilə darmadağın edən Qazaxıstan Rusiyanı qəbul edəcək. Kipr Belçika ilə, San Marino isə Şotlandiya ilə üz-üzə gələcək. 

AÇ-2020-nin seçmə mərhələsi 

24 mart 

C qrupu

23:45. Hollandiya – Almaniya 

23:45. Şimali İrlandiya – Belarus