Almaniya ilə ABŞ hökumətinə sərt təpki verdi

almaniya-ile-abs-hokumetine-sert-tepki-verdi-
Oxunma sayı: 636

“Qafqazinfo” “Franse-Presse” agentliyinə istinadən xəbər verir ki, Şoyble sentyabrın 27-də Berlindəki Avropa İdarəetmə və Texnologiyalar Məktəbində çıxış edərkən Amerikanın öz iqtisadi problemlərinin həlli ilə məşğul olmağı tövsiyə edib.
Maliyyə naziri bildirib ki, başqalarına məsləhətlər vermək şəxsi qərarlar qəbul etməkdən çox asandır. Şoyble asanlıqla Amerika hökuməti ilə məsləhətləşə biləcəyini deyib. “Hətta əgər Obama başqa cür hesab etsə də, mən düşünmürəm ki, Avropa ABŞ-ın problemlərinə səbəb olub”, - deyə nazir vurğulayıb.
Ehtimal olunduğu bildirilir ki, Şoyble, Barak Obamanın, “Yunanıstanın xarici borclarının öhdəsindən gələ bilmək üçün Avropa Birliyinin qabiliyyətsizliyi dünyanın qorxudur”, sözlərinə reaksiya bildirib.
ABŞ-ın dövlət katibi Hillari Klinton da böhranından çıxmaq üçün Avropa ölkələri hökumətlərini islahatlar keçirməyə çağırmışdı.