Almaniya Məhəmməd adı sürətlə populyarlaşır - Statistika

Almaniya Məhəmməd adı sürətlə populyarlaşır
Oxunma sayı: 1511

Almaniya Dilçilik İnistitunun açıqladığı hesabata görə, Məhəmməd adı  yaxın 3 il ərzində bu ölkədə 10 ən papulyar addan biri olacaq.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, ekspertlər buna son 3 ildə Almaniyaya olan güclü müsəlman miqrant axınının səbəb olduğunu bildirirlər.

Hesabatda qeyd olunub ki, 2015-ci ildə 41-ci sırada yer alan Məhəmməd adı, sürətlə irəliləyərək 2016-cı ildə 21-ci pillədə qərarlaşıb. Bu artım tempini nəzərə alaraq, ekspertlər yaxın 3 il ərzində Məhəmməd adının ilk onluqda yer alacağını proqnozlaşdırır.

Qeyd edək ki, bir neçə fərqli yazılışda istifadə olunan Məhəmməd adı son illərdə Avropa ölkələrinin bir çoxunda ailələr üçün ən çox üstünlük təşkil edən ad olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi