“Almaniya Rusiyanın əsiridir” - Tramp

“Almaniya Rusiyanın əsiridir”
Oxunma sayı: 841

NATO zirvəsi üçün Brüsseldə olan ABŞ prezidenti Donald Tramp Almaniyanı hədəf alıb.

"Qafqazinfo"nun xarici mediaya istinadən məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən Ağ Ev rəhbəri Almaniyanın Baltik dənizində təbii qaz xətti üçün Rusiya ilə razılaşma əldə etməsinə sərt münasibət bildirib:

"Almaniya enerji üçün Rusiyaya yüksək miqdarda ödəmələr edir. Bu səbəbdən Almaniya Rusiyanın əsiridir".

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi