Almaniya şirkəti “Eurovision 2012”-nin tərtibat üzrə rəsmi tərəfdaşı seçildi

almaniya-sirketi-eurovision-2012-nin-tertibat-uzre-resmi-terefdasi-secildi
Oxunma sayı: 638

““Brainpool” şirkəti ilə əməkdaşlıq etmək qərarımız tutarlı faktlara əsaslanır. Şirkət Düsseldorf şəhərində keçirilən "Eurovision 2011" mahnı müsabiqəsində öz işini yüksək səviyyədə həyata keçirdi. Biz bu şirkətlə uğurlu əməkdaşlığa ümid edirik. Çünki şirkətin bu möhtəşəm layihədə bizi dəstəkləmək üçün təcrübəsi və imkanları var”, - Trend-in “Eurovision”un rəsmi saytına istinadən yaydığı məlumata görə, “Eurovision 2012” mahnı müsabiqəsinin icraçı prodüseri Adil Kərimli bildirib.

“Brainpool” şirkəti dizayn və şou tərtibatında dəstək və şou ilə bağlı digər işlərdə texniki dəstək üzrə ilk tərəfdaş olacaq.

“Biz çox sevinirik ki, İTV növbəti “Eurovision” mahnı müsabiqəsində əməkdaşlıq üçün təcrübəli tərtibat şirkətini seçib”, - Avropa Yayım Birliyi tərəfdən müsabiqənin icraçı produseri Jan-Ola Sand deyib.

“Brainpool” şirkəti “Eurovision 2011”də Almaniyanın NDR yayım şirkətinin də tərtibat üzrə tərəfdaşı olub.

Qeyd edək ki, “Eurovision-2012”nin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.