Almaniya üçüncü cinsi qanuniləşdirdi

almaniya-ucuncu-cinsi-qanunilesdirdi
Oxunma sayı: 3870

Almaniya hökuməti üçüncü cins hesab edilən “interseksual”lığı qanuniləşdirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bundan sonra vətəndaş vəziyyətinin qeydiyyatı kitabına “kişi” və “qadın”dan başqa, “interseksual” cinsi də daxil ediləcək.

Qanun layihəsi ötən il Konstitusiya məhkəməsinin mövcud qeydiyyat sisteminin insan hüquqlarını pozması və ayrı-seçkilik salması qərarından sonra gündəliyə gəlib.