Almaniya və Niderland İraqda hərbi fəaliyyətini dayandırdı

almaniya-ve-niderland-iraqda-herbi-fealiyyetini-dayandirdi
Oxunma sayı: 701

Almaniya Federal Silahlı Qüvvələri İraqda gərginliyin artması səbəbindən bölgədə hərbi fəaliyyətini dayandırıb.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, hazırda Almaniyanın İraqda 160 əsgəri var. Onlardan təxminən 100 nəfəri ölkənin şimalında yerləşən kürd rayonundadır. Digər 60 alman isə Taci şəhərindədir.

Qərarla bağlı digər təfərrüatlar açıqlanmır.

***

Niderland da İraqda hərbi fəaliyyətini dayandırdığı ilə bağlı açıqlama yayıb.