Almaniya vətəndaşının qətlində adı çəkilən məmurdan - Cavab

almaniya-vetendasinin-qetlinde-adi-cekilen-memurdan-cavab
Oxunma sayı: 855

Bundan əlavə, yazıda X.Əliyevin Prezidentin keçmiş köməkçisi Tariyel Ağayevin qohumu olduğu və s. də yazıda qeyd edilmişdi. Yazının dərcindən sonra qarşı tərəfin nümayəndəsi olan A.Məmmədov «Azadlıq»la əlaqə saxladı və deyilənlərə aydınlıq gətirdi: "-Bu qətllə bağlı artıq istintaq-əməliyyat tədbirləri həyata keçirilir, odur ki, diigər xüsusatlara toxunmaq istəməzdim… Lakin yazıda həm Tariyel Ağayevin, həm də onun yaxın qohumu kimi adı hallanan Xəyal Əliyevin məlum qətl hadisəsinə heç bir aidiyyəti yoxdur, bu iddianı qəti şəkildə təkzib edirik…

Hansı ki, qəzetin özünün də yazdığı kimi, Vüsal Şilder mayın 2-də günorta saatlarında Nərimanov rayon ərazisində qətlə yetirilib. Baş Prokurorluğun rəsmi məlumatında da bildirilir ki, qətli Elman Isgəndərov adlı şəxs törədib. Məlumatda bildirilir ki, o, qohumu Seymur Talıbov və qeyrilərindən ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi əsasında Vüsal Şilderi öldürüb… Elman Isgəndərov isə mayın 4-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Ona iş üzrə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.