Almaniya yenə məğlub oldu, “Avro-2020”yə vəsiqə şansını itirdi Video - Video

almaniya-yene-meglub-oldu-avro-2020ye-vesiqe-sansini-itirdi-video
Oxunma sayı: 3536

UEFA Millətlər Liqası çərçivəsində daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, A liqasının 1-ci qrupunda yer alan Fransa öz meydanında Almaniyanı qəbul edib.

Son dünya çempionu Fransa yaxşı günlər keçirməyən rəqibini məğlub edib. Hərçənd hesabı 14-cü dəqiqədə Almaniya açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. İkinci hissədə 2 qol vuran Fransa matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Fransa bu qələbə ilə xalını 7-yə çatdırıb və liderliyini daha da möhkəmləndirib. Almaniya isə 1 xalla sonuncu - 3-cü yerdə qalıb. Bununla da Almaniya 2020-ci il Avropa çempionatına yüksəlmək şansını itirib.

3 xalla ikinci pillədə qərarlaşan Holandiyanın isə növbəti mərhələ şansı davam edir.

Qeyd edək ki, bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatmışdı.

Fransa - Almaniya - 2:1

Qollar: Toni Kroos, 14-pen (0:1), Antuan Qrizmann, 62 (1:1), 80-pen (2:1)