Almaniyada 10 min insan təxliyyə olundu - Bombaya görə

almaniyada-10-min-insan-texliyye-olundu
Oxunma sayı: 735

Almaniyanın Aşağı Saksoniya torpağının Hildeshaym şəhərində 10 mindən çox insan bomba təhlükəsi səbəbindən təxliyyə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NDR” telekanalı məlumat yayıb.

Məlumata əsasən İkinci Dünya Müharibəsindən qalmış bomba şəhərin mərkəzində tikinti işləri aparılarkən aşkar edilib. Bombanın zərərsizləşdirilməsi üçün hakimiyyət orqanları 1 kilometr radiusda əraziya girişi bağlayıb.

Bombanın tapıldığı ərazidə YUNESKO-nun Ümumdünya irsinin bir neçə obyekti, o cümlədən Hildeshaym və Müqəddəs Mixail kilsələri yerləşir.