Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına gün yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, “Bavariya” Münhendə “Real”ı qonaq edib.
"Real" matçda hesabda geri düşməsinə baxmayaraq, 2:1 hesablı əzmkar qələbə qazanıb. "Kral klubu" bu qələbə ilə cavab matçına böyük üstünlüklə çıxacaq.
25 aprel
Çempionlar Liqası, yarımfinalın ilk oyunu
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57
“Bavariya”: Ulrayx, Rafinya, Boatenq, Hummels, Kimmix, Xavi Martines, Hames Rodriges, Müller, Robben, Levandovski, Riberi
“Real”: Navas, Karvaxal, Ramos, Varan, Ronaldo, Kroos, Modriç, Marselo, Kazemiro, Vaskes, İsko
***
Kuipersin start fiti ilə matç başladı.
***
Matçda erkən dəyişiklik olub. Ciddi zədələnən Aryen Robben 8-ci dəqiqədə meydanı tərk edib. Onun yerinə Tyaqo Alkantra daxil olub.
***
28-ci dəqiqədə Kimmix sağ cinahdan reyd edərək topu iti bucaq altında qapıya göndərib. "Bavariya" hesabda 1:0 öndədir.
***
34-cü dəqiqədə "Bavariya"nın heyətində daha bir məcburi əvəzetmə olub. Boatenq yerini Suleyə buraxıb.
***
44-cü dəqiqədə hesab bərabərləşib. Marselo baxımlı qola imza atıb.
***
Oyunda ilk sarı vərəqə 52-ci dəqiqədə "Bavariya"nın üzvü Riberiyə göstərilib.
***
57-ci dəqiqədə "Real" hesabda öncə çıxıb. 46-cı dəqiqədə İskonun yerinə daxil olan Asensesio komandasının 2-ci qoluna imza atıb.
***
67-ci dəqiqədə "Real"ın da heyətində məcburi əvəzetmə olub. Karvaxal zədələnərək oyunu davam etdirə bilməyib. Onun yerinə Benzema daxil olub.
***
71-ci dəqiqədə Ronaldo topu qapıya göndərsə də, qol qeydə alınmayıb. Həmin epizodda Ronaldo topa əllə toxunub.
***
Matçda başqa qol olmayıb və "Real" səfərdən 2:1 hesabı ilə qalib ayrılıb.