Almaniyada “Azərbaycan həqiqətləri”

almaniyada-azerbaycan-heqiqetleri-
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ictimaiyyətin nümayəndələri, millət vəkilləri, ziyalılar, KİV və QHT təmsilçiləri iştirak edəcəklər. Tədbirdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitu İB sədri Qənirə Paşayeva və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət topluda 20-ci əsrin əvvəllərində erməni terror dəstələrinin, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar “Soyqırım:Bakı”, “Soyqırım:Quba”, “Soyqırım: Şamaxı” adlı 3 film şəklində 3 diskdə kataloqda öz əksini tapır. Topluda Ermənistanın 20-ci əsrin sonlarında Azərbaycan torpaqlarını işğal edən zaman həyata keçirdiyi soyqırımlar “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” adlı 3 film şəklində öz əksini tapır. Bindan başqa kataloqda Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Şuşa:Dağıdılmış mədəniyyət beşiyi” və “ Ağdam: Qafqazın xirosiması” filmləri də öz əksini tapır. Toplunun nüsxələri Azərbaycan həqiqətlərinin daha da geniş yayılması məqsədilə Berlin, Frankfurt və Hamburq şəhərinin dövlət qurumlarına, millət vəkillərinə, qeyri-hökumət təşkilatlarına, KİV, universitet və kitabxanalarına təqdim olunacaq. Layihənin rəhbəri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovdur.