Almaniyada Çingiz Mustafayevlə bağlı poçt markası

almaniyada-cingiz-mustafayevle-bagli-poct-markasi
Oxunma sayı: 645

Almaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasi”nın prezidenti, həmvətənlimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb. Üç min tirajla buraxılan markanın üzərində Azərbaycan Respublikasının bayrağı və Çingiz Mustafayevin şəkli ilə yanaşı, ingilis dilində “Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev” sözləri yazılıb.

AzərTac