Almaniyada islam konfransı keçirildi

almaniyada-islam-konfransi-kecirildi
Oxunma sayı: 640

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, bu il sayca 3-cü İslam Konfransı keçirilib. Tədbirdə iştirak edən Almaniyanın Daxili İşlər naziri Hans Peter Fridrix jurnalistlərə müsahibəsində konfransda ölkədəki müsəlman icması arasında qadın-kişi bərabərliyi, müsəlmanların ticarət bazarına daha yaxşı inteqrasiyası, həmçinin, müsəlman din xadimlərinin yetişdirilməsi və məktəblərdə dinin tədrisi kimi məsələlərin müzakirə olunduğunu bildirib.

Fridrix konfransda cinsi bərabərliklə bağlı müsəlmanlara məxsus dərnəklərin təqdim etdiyi hesabatda məcburi evliliklərin və ailədaxili zorakılığın din ilə əlaqələndirilməsinin yolverilməz olduğunun vurğulandığını deyib.

Konfransda müzakirə mövzusu olan dinin tədrisinin müxtəlif əyalətlərdəki təhsil ocaqlarında uğurla davam etdirildiyini vurğulayan nazir imamların din təhsili ilə bağlı hazırlanan hesabatda onların müsəlman mühacirlərin cəmiyyətə inteqrasiyasında xüsusi rol oynadıqlarının qeyd edildiyini bildirib.

Konfransda çıxış edən Din İşləri Türk İslam Birliyinin sədri prof. Əli Dərə isə məcburi evlilik və ailədaxili zorakılıq məsələsinə toxunaraq, bu kimi mövzuların sosial problemlər olub din ilə əlaqələndirilməsini qəbuledilməz hesab etdiyini deyib.