Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

almaniyada-kicik-teyyare-ile-helikopter-toqqusdu
Oxunma sayı: 711

Almaniyanın Baden-Vürttemburq əyalətinin Filipsburq şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə ilə helikopter toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.

Təyyarə və helikopter qəzadan sonra Erlix gölünün yanına düşüb.

Qəzanın səbəbi araşdırılır.