Almaniyada qadın siyasətçi boğazı kəsilərək öldürülüb - Xəyanət üstündə

almaniyada-qadin-siyasetci-bogazi-kesilerek-oldurulub
Oxunma sayı: 2614

Almaniyada Azad Demokratik Partiyasının (FDP) üzvü olan siyasətçi Korneliya Yehle avtomobilində ölü halda tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, avtomobildə Yehledən başqa, əri və sevgilisinin də cəsədi olub.

Qadın siyasətçinin həyat yoldaşı Markes Yehlenin onu və 26 yaşlı sevgilisi Yannik adlı gənci öldürdükdən sonra intihar etdiyi bildirilir.

Cinayət yerində iki bıçaq və odlu silah tapılıb.

Yehle cütlüyünün bir müddətdir boşanma ərəfəsində olduğu, Markusun Korneliyaya yaxınlaşmaması barədə məhkəmə tərəfindən qərar çıxarıldığı da açıqlanıb. Cütlüyün 2 övladı var.

Hazırda faktla bağlı araşdırma aparılır.