Almaniyada üçüncü cins qeydiyyata alınacaq - Rəsmi qərar

Almaniyada üçüncü cins qeydiyyata alınacaq
Oxunma sayı: 1934

Almaniya Konstitusiya Məhkəməsi iki cinsli doğulanlar (hermafrodit) üçün doğum şəhadətnaməsində üçüncü cinsi bildirən bölmənin yaradılması barədə qərar verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, məsələ hermafrodit bir şəxsin məhkəməyə müraciətindən sonra gündəmə gəlib. Konstitusiya Məhkəməsi həmin şəxsin şikayətini araşdırıb və haqlı olduğunu elan edib.

Qərara əsasən, 2018-ci ilin sonuna qədər qüvvəyə minməsi üçün qanun layihəsi hazırlanacaq.

Bu qərar bir çox ictimai təşkilat və siyasətçi tərəfindən müsbət qarşılanıb. Onlar bu addımı ayrı-seçkiliyə qarşı mübarizə sahəsində “tarixi qərar” olaraq qiymətləndiriblər.

Qeyd edək ki, Almaniyada hermafrodit insanların sayını 80 minə yaxın olduğu ehtimal edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi